Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Elektrik qəzası Neft Şirkətinə nə qədər ziyan vurdu?

Baxılıb: 553     Tarix: 05-07-2018 10:35   

Hadisə ilə əlaqədar neft emalı zavodunda bütün qurğular dayanmışdır. Hazırda katalitik krekinq qurğusundan başqa digər emal qurğuları iş rejimlərində çalışır.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Baş nazirin müavini, “Azərbaycan” İES-dəki qəza ilə bağlı yaradılmış Dövlət Komissiyasının sədri Yaqub Eyyubov ötən gün Prezident yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar keçirilən müşavirədəki çıxışında deyib. O bildirib ki, katalitik krekinq qurğusunun regenerator blokunda yaranmış problem isə qurğunun soyudulması və daxili hissənin yoxlanılmasından sonra dəqiq müəyyənləşdiriləcəkdir:
“İlkin ehtimala görə, görüləcək təmir-bərpa işləri təxminən 8-10 gün çəkəcəkdir. Katalitik krekinq qurğusunun təmiri dövründə ölkənin avtomobil benzininə tələbatı zavodda mövcud olan 80 min tona qədər qalıq ehtiyat hesabına təmin ediləcəyi üçün təchizatla əlaqədar hər hansı bir problem gözlənilmir. Hadisə ilə əlaqədar neft və qazçıxarma idarələrində, birgə müəssisələrdə nəzərdə tutulandan təxminən 4,2 min ton neft, 1 milyon 135 min kubmetr qaz az hasil edilmişdir. Neft Şirkətinin bütün müəssisələrində istehsalat sahələrinin normal iş rejiminə çıxarılması prosesi həyata keçirilir”шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar