Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Neftçilərin içdiyi suyun tərkibi… - Açıqlama

Baxılıb: 543     Tarix: 09-07-2018 13:10   

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı Neft Daşlarındakı neftçilərə verilən içməli suyun tərkibi ilə bağı Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC və Dövlət Neft Şirkətinə müraciət ünvanlayıb.
Qanunvehedef.az xəbər verir ki, M.Qəhrəmanlının sözlərinə görə, Neft Daşları, 28 May Neft-Qazçıxarma İdarəsi və həmin idarələrə məxsus platformadakı işçilər onlara verilən içməli suyun keyfiyyətindən narazılıq ediblər.
Komitə sədri bununla əlaqədar QSC-yə və SOCAR-a sorğu göndərib və sorğuya SOCAR-dan hələlik cavab verilməyib. Lakin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC -nin mətbuat katibi Mehman Mehdiyev neftçilərə verilən içməli su ilə bağlı sorğunu cavablandıraraq suyun tərkibinə aydınlıq gətirib.
M.Mehdiyev bildirib ki, gəmilər vasitəsilə Neft Daşlarına göndərilən su Xəzər Dəniz Neft Donanmasının Sahil qəsəbəsi yükyanalma körpüsünün və “Bibiheybər” Gəmi Təmiri zavodunun ərazisindən Azərsu QSC-yə məxsus su boruları vasitəsilə, gəmilərin su tanklarına doldurularaq daşınır:
“Suyun daşınmasında iştirak edən gəmilərin su tanklarının kimyəvi, bakterioloji və gigiyenik müayinəsi SOCAR-ın Ekologiya idarəsinin “Gigiyena və epidemiologiya” mərkəzi tərəfindən mütəmadi olaraq aparılır”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar