Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Millət vəkilindən çağırış: Gənclər onlarla mübarizə aparsın

Baxılıb: 724     Tarix: 19-07-2018 10:51   

Dəfinə liseyində Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin təşkilatçılığı ilə “Gənclər və sosial şəbəkələr” mövzusunda geniş tədbir keçirilib.
Qanunvehedef.az xəbər verir ki, tədbirdə millət vəkilləri Qənirə Paşayeva və Rəşad Mahmudov da iştirak edib.
Tədbiri giriş sözü ilə açan təşkilatın rəhbəri Arzu Bağırova bildirib ki, uşaqlar və gənclər vaxtlarının böyük bir hissəsini sosial şəbəkələrdə çox zaman lazımsız, mənasız əyləncələrə sərf edirlər və bu, hamını ciddi narahat etməlidir.
Millət vəkili Qənirə Paşayeva da çıxışında gəncləri həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə çağırıb:
“Gənclərimiz sosial şəbəkələrdə keçirdikləri zamanı əylənməyə deyil, oxumağa, öyrənməyə, Azərbaycanın təbliğinə, Qarabağ həqiqətlərinin daha çox yayılmasında iştirak etməyə və ölkəmizə qarşı yalan, böhtan kampaniyalarına qarşı mübarizəyə sərf etməlidir”.
Millət vəkili gəncləri qəhrəman şəhidlərimizdən vətən sevgisi örnəyi almağa səsləyib:
“Bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz. Ölkəmizin daha da inkişafı istiqamətində gənclərin üzərinə böyük vəzifələr düşür. Dövlətin, millətin inkişafı gənclərlə bağlıdır”.
Millət vəkili Rəşad Mahmudov da geniş çıxış edib və gənclərə bir sıra tövsiyyələrini səsləndirib.
Tədbirin sonunda Qənirə Paşayeva və Pəşad Mahmudov, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova şagirdləri maraqlandıran sualları da cavablandırıblar və geniş fikir mübadiləsi olub.


шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar