Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Sənaye müəssisələrində elektrik enerjisindən istifadəyə dair YENİLİK

Baxılıb: 636     Tarix: 19-07-2018 13:51   

"2017-ci ildə enerji balansının proqnozlaşdırılması və planlaşdırılması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində bir sıra işlər həyata keçirilib, enerji bazarında istehsalçı və istehlakçı müəssisələr arasında əlaqələndirmənin gücləndirilməsi məqsədilə enerji istehsalçısı və istehlakçısı olan müəssisələr arasında fəaliyyət üzrə əlaqələndirmə qrupu yaradılıb".

 

"APA-Economics" xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin 2017-ci il üzrə monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.

 

Monitorinq və qiymətləndirmə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanıb.

 

 

Sənəddə qeyd edilib ki, strateji müəssisələrin siyahısının müəyyən edilməsi, elektrik enerjisi üzrə qeyri-pik saatlardan istifadənin və yük tələbatının optimal paylanmasının stimullaşdırılması məqsədilə müvafiq təkliflər hazırlanıb: "Sutkanın müxtəlif saatlarında elektrik enerjisindən istifadəyə dair region ölkələrinin təcrübəsi araşdırılaraq müvafiq statistik hesabat hazırlanıb, sənaye müəssisələrinin istehsal prosesində pik saatlardan qeyri-pik saatlara yönəldilməsinin təsirlərinin təhlil edilməsi məqsədilə aidiyyəti qurumlara müvafiq sorğular göndərilib, ilkin nəticələr müzakirə edilib".

 

Bundan başqa, sənaye müəssisələrində və ev təsərrüfatlarında enerji resurslarının effektiv istifadəsini təmin etmək üçün “Biznes üçün enerji effektivliyi və bərpa olunan enerji haqqında tövsiyə olunan Təcrübə Təlimatı” hazırlanıb, iri sənaye müəssisələrinə göndərilib.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar