Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

STP növbəti dəfə böyük həcmdə ixrac həyata keçirdi - Foto

Baxılıb: 546     Tarix: 19-07-2018 16:52   

Dünyada "Made in Azerbaijan” markasını təmsil edən Sumqayıt Texnologiyalar Parkı (STP) MMC Qazaxıstana növbəti dəfə məhsul ixracını həyata keçirib.
MMC-dən Qanunvehedef.az-a verilən məlumata görə, bu dəfə STP sifarişçiyə BURIL yarımstansiyasının tikintisi və yenidənqurulmasında istifadə üçün böyük həcmdə 110 kV yüksək gərginlikli kabel məhsulları göndərib.
Qeyd edək ki, BURIL yarımstansiyası ilə Qazaxıstanın əhalisinə görə üçüncü, ərazisinə görə isə ən böyük Çimkənd şəhərinin bir hissəsi elektrik enerjisi ilə təmin olunacaq.
Xatıraladaq ki, bundan öncə STP Tacikistanda həyata keçirilən "Ravşan yarımstansiyasının və "Roqun” Hidroelektrostansiyasının yenidənqurulmasında istifadə üçün böyük həcmdə müxtəlif növ kabel məhsulları təqdim etmişdi.
Xarici bazarda məhsulları ilə geniş yer alan müəssisə ümumilikdə kabel ixracı ilə bağlı Gürcüstan, Qazaxıstan, Tacikistan və Qırğızıstan ilə iri məbləğdə müqavilələr bağlayıb. Hazırda imzalanmış müqavilələrin böyük hissəsi icra edilib.
STP-nin Kabel Zavodunda 28 min çeşiddə 500 kV-a qədər orta, yüksək və ifrat yüksək gərginlikli güc naqilləri, stasionar və qeyri-stasionar qoyuluşlu, idarəetmə, XLPE, koaksial, gəmi, neft quyularında tətbiq olunan zirehli, müxtəlif növlü optik telefon, LAN, yüksək temperatura davamlı, qalayla örtülü damarlı torpaqlama kabellər istehsal olunur. Zavodun yüksək texnologiyalar əsasında istehsal etdiyi məhsullar rəqabətqabiliyyətli olub, həm yerli, həm də xarici bazarlarda geniş yayılıb.
STP regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. 2017-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statustu alıb. Regionda nadir layihə olan STP, daxili bazarın tələbatını tam ödəməklə bərabər, həm də xarici bazara kifayət qədər məhsullar ixrac etmək qabiliyyətinə qadirdir. Hazırda şirkətin ərazisində 2000 nəfərin çalışdığı, Avropada və Yaponiyada istehsal olunmuş ən yeni texnoloji avadanlıqlarla təchiz olunmuş 12 zavod, 30-dan artıq istehsal sahəsi fəaliyyət göstərir. İstehsal prosesində istifadə olunan xammallar beynəlxalq standartlara tam cavab verir. Texnoparkın bütün zavodları Avropa istehsalı olan laboratoriyalarla təmin olunub və AZS ISO/IEC 17025-2009 standartlarına uyğun akkreditə olunub.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar