Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Yasamalda şirkət parkın ağaclarını kəsir - Foto

Baxılıb: 900     Tarix: 20-07-2018 11:48   
 
Yasamal rayonu Şərifzadə 168 A ünvandakı binanın həyətində yerləşən parkın ağacları “Qismət-M Construction” tikinti şirkəti tərəfindən kəsilib.
Bu barədə bina sakinləri Qanunvehedef.az-a ünvalandıqları şikayət məktubunda qeyd ediblər. Onlar ağacların kəsilməsinə səbəb kimi şirkət tərəfindən tikilən yeni binanın qarajına yol çəkilməsini göstəriblər.
Məsələ ilə bağlı saytımıza açıqlama verən “Qismət-M Construction” tikinti şirkətinin nümayəndəsi şikayətlərin əsassız olduğunu bildirib:
“Biz köhnə binanın yerinə yenisini tikirik və binanın həyətinə heç bir zərər vurmamışıq. Qaraja hələ heç yol çəkilməyib. Hamısı yalan məlumatdır. Biz binanı tikib, sakinləri yerləşdirdikdən sonra qaraj haqqında fikirləşəcəyik”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova isə bildirib ki, məsələ ilə bağlı araşdırma aparılacaq.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar