Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Əkin sahələrini fermerlər niyə yandırır? – Yanlış düşüncə

Baxılıb: 756     Tarix: 24-07-2018 16:12   

Biçindən sonra əkin sahələrini yandıranlar anlamalıdır ki, yanğın zamanı təkcə küləş yanaraq kül olmur, yanğın bitki qalıqlarını, torpağın humus qatını, faydalı torpaq mikroflorası və mikrofaunasını məhv edir.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov qeyd edib. O bildirib ki, fermer kövşənliyi yandırarsa, növbəti il həmin sahədən əvvəlki qədər məhsul götürə bilməyəcək, çünki yanmış torpaqlar münbitliyini itirir, məhsuldarlıq avtomatik olaraq aşağı düşür:
“Son zamanlar fermerlər tərəfindən taxıl biçinindən sonra əkin sahələrinin yandırılması halları intensiv xarakter alıb. Səbəb fermerlərin şüurunda formalaşan yanlış təsəvvürdür. Belə addım atanlar hesab edir ki, biçindən sonra kövşənliyin yandırılması torpaq üçün faydalıdır. Doğrudur, yanmış kül torpaq üçün faydalıdır, amma torpağı yandıranda deyil, torpağa səpiləndə. Fermerlərin nəzərinə çatdırırıq ki, əkinə yararlı torpaq sahələrinin münbitliyinin qorunması, ekoloji mühitə vurulan zərərin qarşısının alınması və kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi məqsədilə hələ ötən il torpaq qanunvericiliyinə dəyişiklik edilib, bu cür yanğınların törədilməsi qadağan olunub”.
Anar Hüseynov onu da qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinə edilmiş əlavəyə əsasən, əkin yerlərini yandıran şəxslər cəzalandırılacaq:
“Əkin yerlərini yandıran fiziki şəxslər 400-600 manat, vəzifəli şəxslər 1500-2000 manat, hüquqi şəxslər isə 5000-6000 manat cərimə ediləcəklər. Bu məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi maarifləndirmə işlərini davam etdirir. Rayon (şəhər) Kənd Təsərrüfatı idarələrinə Dövlət Fitosanitar Xidməti, Aqrolizinq, Dövlət Texniki Nəzarət Xidmətinin yerli qurumları ilə birlikdə məhsul yığımından sonra əkin sahələrinin yandırılmasının qarşısını almaq məqsədilə kənd təsərrüfatı məhsulları istehsalçıları üçün mütəmadi maarifləndirici tədbirlər keçirmək tapşırılıb”.шаблоны для dle 11.2