Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Bərdə-Ağdam yolunun tikintisi sürətlə davam etdirilir

Baxılıb: 507     Tarix: 02-08-2022 12:57   

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələrindən biri olan Bərdə-Ağdam avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Qanunvehedef.az-a daxil olan məlumatda bildirilir.
Belə ki, başlanğıcını Bərdə şəhərindən götürən Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 44.5 km təşkil edir. Avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir.
“İnşaat Norma və Qaydaları”na uyğun olaraq yolboyu torpaq işləri və yeni torpaq yatağının inşası artıq yekunlaşıb. Layihə üzrə nəzərdə tutulmuş qalınlıqda və lazımi materiallardan istifadə olunmaqla yol əsasının tikintisi də bitmək üzrədir.
Artıq Bərdə-Ağdam avtomobil yolunun tikintisi layihəsi üzrə yol geyimi işləri 47%, süni qurğular üzrə işlər 63%, körpülər üzrə tikinti 99 % yerinə yetirilib. Ümumilikdə nəzərdə tutulan işlərin 71% -i yekunlaşıb.
Belə ki, hazırda yol əsası hazır olan hissələrdə (12-45-ci km)  yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Bundan başqa avtomobil yolunun Bərdə şəhərinin daxilindən keçən ilk 2.2-ci km-lik hissəsində yeni asfalt-beton örtüyünün döşənməsi, piyada səkilərinin inşası, səki və tamet daşlarının düzülməsi işləri davam edir.
Yeni inşa edilən yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə nəzərdə tutulan suötürücü boru, düzbucaqlı su keçidi, həmçinin zəruri olan yerlərdə yeraltı keçidlərin inşası da artıq bitib.
Bərdə-Ağdam avtomobil yolunun 25 və 40-cı km-lik hissəsində inşa olunan 91.3 və 18.2 metr uzunluğa malik avtomobil körpülərin tikintisi də artıq yekunlaşıb.
Yolun 14-cü km-lik hissəsində 66 metr uzunluğa malik yol qovşağında yanaşma yollarının və yolun 29-cu km-də də “Pit stop” (Dayan Dincəl) məntəqəsinin tikintisi, həmçinin yolun 4, 14 və 16 kilometrlik hissələrində nəzərdə tutulan yerüstü piyada keçidlərinin inşası davam edir.
1-ci texniki dərəcəli avtomobil yolu boyunca hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə geriyə dönmə hissələrinin yaradılması, avtobus dayanacaqlarının inşası da lahiyə üzrə icrası nəzərdə tutulan işlərdəndir və hazırda bu istiqamətdə də işlərə başlanılıb.
Qeyd edək ki, Bərdə-Ağdam avtomobil yolu işğaldan azad edilmiş Ağdam şəhərinə qədər inşa edilir. Avtomobil yolunun ilk 14 km hissəsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsinin daxilindən keçir. Ümumilikdə isə yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edir.шаблоны для dle 11.2