Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Şamaxıda şəhidin ordeni ailəsinə təqdim edildi - Fotolar

Baxılıb: 842     Tarix: 12-08-2022 15:15   

Şamaxıda Vətən müharibəsi şəhidi Xaməmmədov Şirxan Xaməmməd oğluna verilmiş 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ailəsinə təqdim olunub.
Qanunvehedef.az xəbər verir ki, Vətən müharibəsində göstərdiyi igidlik və şücaətə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan şəhidin ailəsi ilə Şamaxı Rayon İcra Hakimiyyətində görüş keçirilib.
Görüşdə Şamaxı RİH başçısı Tahir Məmmədov, Əlahiddə Ümumqoşun ordusunun zabiti, polkovnik-leytenant Bəhruz Xalıqov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin əməkdaşı və şəhidin atası Xaməmməd Xaməmmədov iştirak edib.
Tahir Məmmədov çıxışında ordumuzun döyüş meydanlarında əldə etdiyi qələbədən, bu qələbənin qazanılmasında igidlərimizin göstərdiyi qəhramanlıqdan danışaraq Prezident İlham Əliyevin şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına göstərdiyi diqqət və qayğısından geniş söhbət açıb.
Çıxış edən şəhid atası X.Xaməmmədov oğlunun göstərdiyi şücaətə görə ordenlə təltif olunmasından iftixar hissi keçirdiyini vurğulayıb.
Daha sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni şəhidin atası Xaməmməd Xaməmmədova təqdim olunub.

шаблоны для dle 11.2



Buy yes2win pbn google seo ranking