Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

BMT-nin hazırladığı hüquqi yardım bələdçisi Azərbaycanda hüquqşünasların istifadəsinə verilib - FOTO

Baxılıb: 716     Tarix: 18-08-2022 12:55   

BMT İnkişaf Proqramı "Həssas qruplara sosial hüquqlar üzrə hüquqi yardım" bələdçisi hazırlayaraq, hüquqşünasların istifadəsinə verib.
Azərbaycan dilində nəşr olunan bələdçi regionlarda həyata keçirilən ödənişsiz hüquqi yardım fəaliyyətlərində çalışan şəxslərə kömək etmək üçün metodik vəsait kimi işlənəcək.
Bələdçi sosial hüquqlar üzrə hüquqi yardımın mahiyyətinə uyğun olaraq nəzəri və praktik hissələrdən ibarət hazırlanıb. Bələdçinin nəzəri hissəsində sosial hüquqların hüquqi əsasları, onların inzibati qaydada və məhkəmə müdafiəsi, məhkəmə sistemi, məhkəməyə qədər məcburi ilkin mediasiya ilə bağlı materiallar verilib.
Bələdçinin praktik hissəsində isə inzibati orqanlara və məhkəmələrə ərizə və şikayətlərin formaları və nümunələri verilib. Burada inzibati orqanlara ərizə və şikayətlərin, mülki və inzibati məhkəmələrə iddia ərizələrinin forma və nümunələri, apellyasiya və kassasiya məhkəmələrinə şikayətlərin formaları əksini tapıb.
Bələdçi BMT İnkişaf Proqramının (BMTİP) "Azərbaycanda institusional potensialın gücləndirilməsi vasitəsilə insan hüquqlarına əsaslanan yanaşmanın aktuallaşdırılması" layihəsi çərçivəsində təqdim olunub.
Layihə çərçivəsində Azərbaycanın 14 rayonunda vətəndaşlara ödənişsiz hüquqi xidmət göstərilir. Vətəndaşlar BMTİP-nin dəstəyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə rayonlarda fəaliyyət göstərən Qadın Resurs Mərkəzlərində bu xidmətlərdən yararlana bilirlər.





Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar