Xəbər lenti
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Suraxanıda şəhidin xatirəsinə abidə kompleksi inşa edildi - Fotolar

Baxılıb: 595     Tarix: 22-08-2022 10:52   

Vətən müharibəsi şəhidi Elnur Şahbazovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə ailə üzvlərinin yaşadığı Yeni Suraxanı qəsəbəsində inşa olunan abidə kompleksinin açılış mərasimi keçirilib.
Qanunvehedef.az xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin müavini və şöbə müdirləri və digər qonaqlar iştirak edib.
Tədbirdə çıxış edən RİH başçısı Əziz Əzizov bildirib ki, Azərbaycan xalqının tarixinə qeyrət, hünər, şərəf səhifəsi kimi yazılan 44 günlük Vətən müharibəsi 30 ildən bəri yaşadığımız yurd itkisinə son qoymaqla hamımıza sonsuz sevinc, ölkəmizə ümummilli təntənə bəxş edib.
Tədbirdə iştirak edən digər qonaqların çıxışından sonra Şəhid Elnur Şahbazovun təhsil aldığı 89 №-li tam orta məktəbin şagirdlərinin təqdimatında bədii hissə nümayiş olunub.
Sonra tədbir iştirakçıları Şəhidin məzarını ziyarət edərək ruhuna dualar oxuyub, eləcə də açılmış ehsan süfrəsində xatirəsini ehtiramla yad edib.
Qeyd edək ki, 2019-cu ilin oktyabrında həqiqi hərbi xidmətə yollanan Elnur Şahbazov Vətən müharibəsində igidliklə vuruşaraq cəbhənin müxtəlif istiqamətlərində döyüşlərdə iştirak edib. Laçın dəhlizi uğrunda gedən döyüşlərdə 6 şəhidi döyüş meydanından çıxararkən özü də şəhidlik zirvəsinə ucalıb.



 

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar