Xəbər lenti
26/05/2026 [12:24]
Sabah yağış yağacaq
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Nazirlik bu restoranlara sanksiya tətbiq edəcək - Bakıda

Baxılıb: 583     Tarix: 27-07-2018 12:59   

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ictimai iaşə obyektləri və şadlıq evlərindən havaya atılan maddələrlə bağlı onlara məktublar göndərilib. Artıq onlara verilmiş müddət başa çatıb.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bu gün keçirilən mətbuat konfransında deyib.
İ.İbrahimova bildirib ki, yaxın günlərdə xəbərdarlığa əməl etməyən, atmosferə tullantı atan şadlıq sarayları barədə tədbir görüləcək.
“Monitorinqlər zamanı ərazidə “Xəmsə”, “Oazis”, “Millenium”, “Sonalar sonası”, “Xan qızı”, “Dan ulduzu” kimi restoranlar barədə qəti tədbirlər görüləcək. Onlara qarşı sanksiyalara başlanılacaq”.
İ.İbrahimova onu da vurğulayıb ki, yaşıllıqların qorunması istiqamətində tədbirlər görülür.
“Daha bir aktual məsələ Xəzərin ekoloji təmizliyi ilə bağlıdır. Xəzər dənizinin çirklənməsinə qarşı Daxili İşlər Nazirliyi ilə birlikdə reydlər keçiririk”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar