Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bakıda qəzada ölən Türkiyə vətəndaşının kimliyi məlum olub

Baxılıb: 330     Tarix: 27-08-2022 15:58   

Bakının Səbail rayonunda ağır yol qəzası baş verib və bir nəfər ölüb.
Qanunvehedef.az APA-ya istinadən xəbər verir ki, hadisə Salyan şosesinin Su İdmanı Sarayının qarşısına düşən hissəsində qeydə alınıb.
Yolun piyadalar üçün müəyyən edilməyən hissəsindən keçən biri kişi, ikisi qadın olmaqla üç nəfəri “Toyota Prius” markalı avtomobil vurub. Zərbənin təsirindən kişi hadisə yerində ölüb. Onun Türkiyə vətəndaşı olduğu bildirilir. Yaralılardan biri isə 1987-ci il təvəllüdlü Əhmədova Xəyalə Fərman qızıdır. Digərinin kimliyi hələlik naməlum olaraq qalır. Verilən məlumata görə, reanimasiya şöbəsinə yerləşdirilən qadınların hər ikisi aqonal vəziyyətdədir.
Hadisə yerinə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. “Toyota” markalı avtomobilin sürücüsü taksi fəaliyyəti ilə məşğul olurmuş. Sürücü Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hazırda avtotexniki ekspertiza təyin edilib. Avtoqəzanın dəqiq baş vermə səbəbləri araşdırılır.
***
Avqustun 26-da saat 23 radələrində paytaxtın Səbail rayonu ərazisində şəhər sakini F.Quliyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Türkiyə vətəndaşı Yusuf Türksoyu, Ağdaş rayon sakini X.Əhmədovanı və 30-35 yaşlı qadını vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə ki, qəza nəticəsində Y.Türksoy hadisə yerində ölüb.шаблоны для dle 11.2