Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xırdalanda kondisioner insanlar üçün təhlükə yaratdı, FHN işə qarışdı - VİDEO

Baxılıb: 752     Tarix: 29-08-2022 10:56   

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən "Abşeron Gənclər Şəhərciyi" yaşayış kompleksində çoxmərtəbəli yaşayış binasının fasadında kondisioner mühərrikinin asılı vəziyyətdə qalaraq vətəndaşlar üçün təhlükə törətməsi barədə məlumat daxil olub.
Bu barədə Qanunvehedef.az-a FHN-dən bildirilib.
Daxil olan məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinın xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən onbirmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində fasad hissədə kondisioner mühərrikinin asılı vəziyyətdə qalması və hər an qırılaraq ətrafdakı insanlar üçün təhlükə törətmə riskinin yüksək olduğu müəyyən edilib.
Xilasedicilər xüsusi xilasetmə vasitələrindən, o cümlədən alpinist ləvazimatlarından istifadə etməklə kondisioner mühərrikini götürüb kənarlaşdıraraq təhlükəni aradan qaldırıblar.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar