Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Masallıdakı yanğın söndürüldü

Baxılıb: 668     Tarix: 30-08-2022 09:27   

Xəbər verdiyimiz kimi, Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib.
FHN-dən Qanunvehedef.az-a verilən məlumata görə, baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində təxminən 5 hektar sahədə ağaclıq və kol-kos yanıb. Sıx meşəlik ərazi yanğından mühafizə olunub.
Yanğının söndürülməsi əməliyyatında ümumilikdə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzi və yerli icra hakimiyyətinin əməkdaşları, bir qrup kənd sakini iştirak edib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar