Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Millət vəkillərinə Dünya Alpaqut Federasiyasında yüksək vəzifə verilib

Baxılıb: 605     Tarix: 31-08-2022 13:28   

Dünya Alpaqut Federasiyasının 3-cü qurultayında Milli Məclisin deputatları Jalə Əhmədova Dünya Alpaqut Federasiyasının prezidenti, Könül Nurullayeva isə birinci vitse-prezidenti seçilib. Eləcə də Emil Rəhimov və Fərhad Əliyev vitse-prezident, Vasif Namazov idarə heyətinin sədri, Fərid Əlizadə baş katib seçiliblər.
Qanunvehedef.az xəbər verir ki, avqustun 30-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasının böyük akt salonunda baş tutan qurultayda Milli Məclisin deputatları, ictimai xadimlər, xarici ölkə səfirliklərinin nümayəndələri, QHT sektorunun rəhbərləri, ziyalılar, idmançılar, Gənclər və İdman Nazirliyinin nümayəndələri, federasiya rəhbərləri, şəhid ailələri və qazilər iştirak ediblər. Eləcə də Türkiyə, Rusiya, İtaliya, Qazaxıstan, Türkmənistan, Pakistan, Hindistan və s. 20-yə yaxın ölkənin Alpaqut Federasiyalarının rəhbərləri onlayn formatda qurultaya qoşulublar.
Tədbirdə Milli Məclisin deputatları Jalə Əhmədova, Könül Nurullayeva, Tamam Cəfərova, Alpaqut döyüş sənətinin yaradıcısı Vasif Namazov və digər tədbir iştirakçıları çıxış edərək idmanın inkişafı ilə bağlı dövlətimizin reallaşdırdığı mühüm əhəmiyyətli layihələr, görülən işlərdən danışıblar. Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafının bilavasitə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  nəzarətində olduğu xüsusi vurğulanıb. Habelə qeyd edilib ki, idmançılarımızın beynəlxalq arenalarda yüksək nailiyyətlər qazanmasında dövlətimizin Azərbaycan idmançılarına göstərdiyi diqqət və qayğı böyük rol oynayır.
Onu da qeyd edək ki, Alpaqut türksoylu xalqların ortaq mədəniyyətini və Turan Döyüş Sənətini inkişaf etdirən yeganə beynəlxalq idman təşkilatıdır.
Dünya Alpaqut Federasiyası 17.05.2022-ci il tarixində Almaniyanın Beynəlxalq İdman Elmləri və Bədən Tərbiyəsi Şurası (ICSSPE - International Council of Sport Science and Physical Education) tərəfindən rəsmən üzvlüyə qəbul edilib.

ICSSPE - Beynəlxalq İdman Elmi və Bədən Tərbiyəsi Şurası idman, idman elmi və bədən tərbiyəsi üzrə beynəlxalq çətir təşkilatıdır. ICSSPE öz fəaliyyətini Elm, Təhsil və Siyasət sahələrində həyata keçirir. O, fənlərarası tədqiqatları təşviq edir və bir sıra layihələrdə müntəzəm iştirak edir. Təşkilat idman elmi, bədən tərbiyəsi və fiziki hazırlıq sahəsində peşəkar kadrların yetişdirilməsinə yardım edir və dövlət orqanlarına və qeyri-hökumət idman təşkilatlarına səmərəli və davamlı siyasətlərin işlənib hazırlanmasında dəstək verir. ICSSPE bir sıra milli və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
Azərbaycan başda olmaqla 47 ölkə üzrə rəsmi nümayəndəlikləri, klub, federasiya və assosiasiyaları olan Dünya Alpaqut Federasiyasının yaradılmasında əsas məqsəd, Alpaqut Turan Döyüş Sənətinin dünyada inkişafını təmin etmək və qədim türk döyüş ənənələrini dünyaya tanıtmaqdır.


шаблоны для dle 11.2



Ən çox oxunanlar