Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Dünyanın ən ucuz benzini bu ölkədədir - Siyahı

Baxılıb: 722     Tarix: 30-07-2018 10:39   

“Blomberq” agentliyi dünyada Aİ-95 benzininin ən ucuz və ən baha olduğu ölkələrin siyahısını tərtib edib.
Qanunvehedef.az xəbər verir ki, yeni hazırlanan reytinq cədvəlinə əsasən, dünyada ən ucuz benzinin Venesuelada satıldığı bəlli olub. Belə ki, burada 1 litr Aİ-95-in dəyərinin 0,01 dollar olduğu müəyyən edilib. Növbəti yerlərdə İran (0,28 dollar) və Küveyt (0,35 dollar) qərarlaşıb. İlk onluqda isə Nigeriya (0,41 dollar), Misir (0,43 dollar), Səudiyyə Ərəbistanı (0,54 dollar), Malaziya (0,54 dollar), İndoneziya (0,67 dollar), BƏƏ (0,68 dollar), Rusiya (0,72 dollar) özünə yer edib.
Ən bahalı benzinin satıldığı yerlər siyahısında isə ilk yeri Honkonq (2,09 dollar) tutub. İlk onluqda həmçinin Norveç (2,02 dollar), Niderland (1,93 dollar), Yunanıstan (1,91 dollar), İtaliya (1,91 dollar), Danimarka (1,90 dollar), İsrail (1,86 dollar), Portuqaliya (1,83 dollar), Finlandiya (1,79 dollar), Fransa (1,78 dollar) qərarlaşıb.
Qeyd edək ki, reytinq cədvəlində Qafqazdan heç bir ölkənin adı yer almayıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar