Xəbər lenti
23/07/2026 [12:57]
Sabah 39° isti olacaq
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycanda meşə yanğınlarının əsas səbəbi açıqlandı

Baxılıb: 632     Tarix: 03-08-2018 12:30   
"Azərbaycanda meşə və çöl ərazilərində yanğının səbəblərinin 97 faizi insan faktoru ilə bağlıdır".Qanunvehedef.az"report"a istinadla xəbər verir ki, bunu mətbuat konfransında Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əlizadə deyib.
O bildirib ki, Azərbaycanda meşələrin 85 faizi dağlıq, 15 faizi aran ərazilərdə yerləşir: "Meşələrin çox hissəsinin dağlıq ərazilərdə yerləşməsi səbəbindən həmin ərazilərin öz-özünə yanması çətin məsələdir".
Nazir müavini qeyd edib ki, Azərbaycan ərazisinin 12 faizi meşədir: "Yəni, ölkədə meşəlik ərazilər azdır. Bu səbəbdən də həmin meşələrə qayğı ilə yanaşmalıyıq".
F.Əlizadə qeyd edib ki, sonsuzluğa qədər bu yanğınlarla mübarizə aparmaq mümkün deyil: "Vətəndaşlarımız məsuliyyətli olmalıdırlar. Bu sərvətlər hər birimizindir".



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar