Xəbər lenti
04/07/2025 [13:46]
Sabah yağış yağacaq
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Deputatdan müğənninin "Maaşları artıb, səslərini çıxarmırlar" sözlərinə CAVAB

Baxılıb: 837     Tarix: 03-08-2018 15:08   

Bir neçə gün əvvəl Tarif Şurası ölkədə nəqliyyatın qiymətini qaldırdıqdan sonra məsələyə sadə vətəndaşlarla yanaşı məşhur simalar da öz etirazlarını bildirib. Bu məşhur simalardan biri də müğənni Nura Suridir.
O, bu məsələ haqda bunları deyib: "Bu qiymət artımı nəyə lazımdır? Nə etmək istəyirsiniz? İnsanları niyə qıcıqlandırırsınız bilmək olar? Deputatlar, millətin vəkilləri niyə danışmırlar? Maaşları artıb, sakit oturublar".
Müğənninin sözlərinə cavab olaraq deputat Fazil Mustafa Big.az-a açıqlamasında bildirib ki, mətbuatda və sosial şəbəkələrdə Tarif Şurasının qərarı ilə bağlı səsləndirən fikirləri oxumadan, bilmədən danışmaq Azərbaycanda ənənəyə çevrilib:
"Mənim bununla bağlı tənqidi açıqlamamı bir saytda 20 mindən çox insan oxudu. Bundan əlavə Tarif Şurasının qərarını Qüdrət Həsənquliyev, Vahid Əhmədov, Əli Məsimli və digər deputalarımız tənqid etdi. Bu açıqlamaları oxumadan, bilmədən hansısa fikir səsləndirmək doğru deyil. İstər müğənni, istərsə də digər sənətin nümayədəsi olsun, bu cür ittiham edici formada danışmamalıdır. Ola bilər ki, deputatların açıqlaması onları qane etməsin. Burda hər kəs fərdi məsuliyyət daşıyır. Hamı eyni musiqinin tempini tutacaq deyə bir anlayış yoxdur. Hər kəsin öz fikri və məsələyə baxış tərzi var. Biz bu məsələnin bir vətandaş üçün böyük sıxıntı yaradacağını vurğulamışıq. Gərək o açıqlamalar oxunsun ki, bu cür əsassız danışılmasın".шаблоны для dle 11.2



Ən çox oxunanlar