Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

FHN əməkdaşları Qazaxıstanda mükafatlandırıldı

Baxılıb: 699     Tarix: 06-08-2018 16:46   

Qazaxıstan Respublikasının Mangistau vilayətində start götürən və 2 gün davam edən TENİZ-2018 beynəlxalq kompleks təlimi avqustun 3-də sona çatıb.
FHN-dən Qanunvehedef.az-a verilən məlumata görə, təlimə Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistanın xilasetmə xidmətlərinin canlı qüvvə və texnikaları cəlb olunub. TENİZ-2018 beynəlxalq kompleks təliminin keçirilməsində əsas məqsəd fövqəladə hallara effektiv və əlaqələndirilmiş şəkildə reaksiya verilməsi üçün region dövlətlərinə məxsus xilasetmə xidmətlərinin, sahilyanı mühafizə qüvvələrinin, neft şirkətlərinin və digər müvafiq dövlət qurumlarının qarşılıqlı fəaliyyətinin nümayiş etdirilməsindən ibarət olub.
Təlim iki mərhələdə keçirilib. Birinci mərhələdə şərti fövqəladə hal baş verdiyi təqdirdə qarşılıqlı informasiya mübadiləsi və Xəzəryanı dövlətlərin xilasedici qüvvə və vasitələrinin təşkilinə dair tapşırıqlar yerinə yetirilib. İkinci mərhələ zamanı isə “İri həcmli gəmilərin toqquşması zamanı yaranmış fövqəladə halların qarşısının alınması”, “Xəzər dənizi hövzəsində gəmidə yanğın baş verdiyi təqdirdə insanların xilas edilməsi və yanğının söndürülməsi”, “Potensial təhlükəli obyektdə yanğının qarşısının alınması və kimyəvi tullantıların məhv edilməsi”, “Qazma qurğularında yanğının söndürülməsi” və “Daşqın bölgəsindən insanların və əmlakın xilas edilməsi” üzrə tapşırıqlar icra olunub. Təlimin ikinci mərhələsində, həmçinin qəza-xilasetmə avadanlıqlarının sərgisi də keçirilib.
Təlimin sonunda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 12 əməkdaşı Qazaxıstan Respublikasının daxili işlər naziri tərəfindən mükafatlandırılıb.
Təlimə ümumilikdə 500 nəfər yanğınsöndürən və xilasedici, 78 ədəd xüsusi texnika, 1 təyyarə, 7 helikopter, 4 gəmi, 7 yüksəksürətli xilasedici kater, habelə yanğınsöndürən avtomobillər, dağılmış neftin yığılması üçün avadanlıqlar cəlb edilib. Təlimdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Aviasiya dəstəsi və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin şəxsi heyəti (ümumilikdə 32 nəfər) və texnikası, o cümlədən “İveco” markalı səyyar kimyəvi laboratoriya avtomobili, “Mersedes Sprinter” markalı xüsusi təyinatlı xilasetmə avtomobili, “Toyota Land Cruiser” markalı “Qərargah-rabitə” avtomobili və BE-200 ÇS amfibiya təyyarəsi də iştirak edib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar