Xəbər lenti
23/07/2026 [12:57]
Sabah 39° isti olacaq
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycanda bu şəxslərin pensiyası artırıldı

Baxılıb: 682     Tarix: 07-08-2018 10:37   

Yaşa görə pensiya təyin olunduqdan sonra azı 6 il işləmiş və hazırda da işləyən 35 minə yaxın şəxsin pensiyası orta hesabla 137,5 manat artırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Qanunvehedef.az-a verilən məlumata görə, “Əmək pensiyaları haqqında” qanununun 37.3.1-ci maddəsinə 1 iyul 2017-ci il tarixdən edilmiş dəyişikliklərə əsasən, yaşa görə pensiya təyin olunan şəxs işləməkdə davam edərsə, hər 6 ildən bir onun əmək pensiyasının məbləği yenidən hesablanır.
Bildirilib ki, həmin şəxsin fərdi uçot sistemindəki fərdi şəxsi hesabında həmin 6 ildə ödənilən sosial sığorta haqqı müqabilində toplanan pensiya kapitalı 72-yə (yəni 6 il × 12 ay) bölünərək onun pensiyasının üzərinə əlavə olunur.
Bununla əlaqədar ötən ilin 1 iyul tarixindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər və rayon şöbələrinə yaşa görə pensiya təyin edildikdən sonra azı 6 il işləmiş və hazırda da işləməkdə davam edən əmək pensiyaçısı kimi 35 minə yaxın şəxs müraciət edib. Onların əmək pensiyasının qanunvericiliyə uyğun qaydada yenidən hesablanaraq artırılması təmin olunub.
Yenidən hesablanma nəticəsində həmin vətəndaşların pensiyalarının məbləği orta hesabla 137,5 manat artıb.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar