Azərbaycan bazarındakı qarpızlarla bağlı şok iddia
Baxılıb: 535 Tarix: 16-08-2018 16:06

Qarpızın qiyməti nisbətən ucuzlaşıb. Məlumdur ki, bu il bazarlarda qarpızın kiloqramı 65-70 qəpiyə satılırdı. Hazırda isə qarpızın kiloqramı 40 qəpiyə düşüb.
Lakin bu ucuzlaşma əhalini razı salmayıb. Belə ki, istehlakçılar məhsulun keyfiyyətinin aşağı olduğunu iddia edirlər. Hazırda bazardakı qarpızların yerli məhsul olmadığını vurğulayan alıcı onun dadsızlığından gileylənirlər.
Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov "Sherg.az"a açıqlamasında alıcıların narazılığının əsassız olduğunu deyib. Birlik sədrinin sözlərinə görə, bazarda satışda olan qarpızlar yerli məhsuldur. Sadəcə olaraq, ökəmizdəki qarpızların 98 faizinin toxumu xarici ölkələrdən gətirilir:
"Təbiət bütün bitkiləri, o cümlədən qarpızı elə yaradıb ki, onun tumunu götürüb gələn il əkmək mümkündür. Azad İstehlakçılar Birliyi ölkəmizdəki qarpızların genetik modifikasiya olunduğunu ehtimal edir. Bazardakı qarpızlar öz şirinliyi, bərkliyi, görünüşü ilə istehlakçıları cəlb edir. Hazırda ofisimizdə aboregen, yəni qədim qarpız növü var.
İndi həmin qarpızları kəsin ekspertizadan keçirəcəyik. Bu qarpızların içərisində toxumları böyükdür, çox da şirin olmayan, al-qırmızı qədim qarpız növüdür. Aborogen qarpızları uzun müddət kəsmədikdə, içərisində toxum özü cücərir və 1sm uzunluğunda cücərti verir. Ancaq bazarda satılan qarpızların 98 faizinin toxumları cücərmir. Ona görə də bazardakı qarpızların genetik modifikasiya olunduğunu deyirik. Onların toxumları xaricdən gətirilir. Düşünürəm ki, ölkəmizdə xaricdən gətirilən qarpızlar yox dərəcəsindədir".
E.Hüseynov həmçinin bildirib ki, qarpızların əksər hissəsi nitrantlarla zəngindir. Əhali tərkibində çox nitrantlar, gübrələr olan qarpızlardan az miqdarda istifadə etməlidir:
"Zəif və qocalar adamlara, uşaqlara çox qarpız yemək məsləhət görülmür. Çünki onlar qarpızdakı nitrantlardan zəhərlənə bilərlər".
Ən çox oxunanlar
Son xəbərlər