Xəbər lenti
23/07/2026 [12:57]
Sabah 39° isti olacaq
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycanda benzinin qiyməti qalxdı - Son qiymət

Baxılıb: 694     Tarix: 19-08-2018 21:51   
Azərbaycanda "Premium Euro-95" və "Super Euro-98" markalı yanacağın qiyməti qalxıb.
"Report" xəbər verir ki, yeni tariflərə əsasən, "Premium Euro-95"in satış qiyməti 1,50 manat, "Super Euro-98" markalı benzinin qiyməti isə 1,60 manat olub.
Hazırda ölkəyə idxal olunan "Premium Euro-95" markalı avtomobil benzininin hər litri hazırda orta hesabla, təxminən, 1.35-1.4 AZN-ə başa gəlir. Araşdırmalar yanacaqdoldurma məntəqələrində bu markalı benzinin hər litrinin 1.25 AZN-ə satılması məhsulun idxal qiymətinin satış qiymətindən daha yüksək olduğunu aydın göstərir. Oxşar vəziyyət keçmiş müddətdə "Super Euro-98" markalı avtomobil benzinində də müşahidə olunurdu.
Müqayisə üçün bildirək ki, qonşu ölkələrdən Gürcüstan Respublikasında 95 oktanlı avtomobil benzinin satış qiyməti 1.03 ABŞ dolları, yəni 1.75 AZN, 98 oktanlı benzinin satış qiyməti 1.07 ABŞ dolları, yəni 1.82 AZN, Türkiyədə isə müvafiq olaraq, 1.14 ABŞ dolları, yəni 1.94 AZN və 1.18 ABŞ dolları, 2.0 AZN təşkil edir. Ukrayna Respublikasında bu növdə avtomobil benzinlərinin satış qiyməti müvafiq olaraq, 1.18 ABŞ dolları, yəni 2.0 AZN və 1.22 ABŞ dolları, yəni 2.07 AZN civarındadır. Vacib məqam bundan ibarətdir ki, qonşu Gürcüstan Respublikasında da bizdə olduğu kimi, adı çəkilən neft məhsulları istehsal edilmir və tələbat dünya bazarından idxal hesabına ödənilir.
Xatırladaq ki, bu barədə əvvəlki yazıda ətraflı oxuya bilərsiniz.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar