Xəbər lenti
26/05/2026 [12:24]
Sabah yağış yağacaq
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

"İmkanlı şəxslər bunu edirlər və digərləri də onlara baxıb təkrar etməyə çalışırlar"

Baxılıb: 715     Tarix: 22-08-2018 12:46   
" Cütlüklərin nişanlı olduğu müddətdə oğlan evi tərəfindən qız evinə qurban aparılması və onun bəzədilməsi kimi adət-ənənələr şəriətdə və islam dini mənbələrində yoxdur".
Bu sözləri ilahiyyatçı Əkrəm Həsənov bildirib. O, din baxımından belə bir ibadət növünün olmadığını vurğulayıb:
"İslam dininə görə, Allah yolunda qurban kəsilməli və ehtiyac sahiblərinə paylanılmalıdır. Amma yuxarıda sadaladığım adətləri özümüz milliləşdirmişik. Bu adətlərə hətta imkanı olmayan şəxslər belə borc-xərcə girərək riayət etməyə çalışırlar. Bəzi imkanlı şəxslər bunu edirlər və digərləri də onlara baxıb təkrar etməyə çalışırlar. Din baxımından belə bir ibadət növü mövcud deyil. Əksinə bu israfçılıqdır. Gözəl görünsə də, buna ehtiyac yoxdur. Qurbanlığın o cür geyindirilməsi doğru deyil. Bu, hansısa təriqət tərəfindən yaradılıb və bizim milli adət-ənənələrimizə daxil olub.
Deyirik ki, dində belə bir şey yoxdur. Cavab verirlər ki, biz onu adət kimi yerinə yetiririk. Qoyunun başına xına yaxılması ilə bağlı da şəriətdə göstəriş yoxdur. Sadəcə olaraq bu, qardaş ölkə Türkiyədən götürülmüş bir ənənədir".



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar