Xəbər lenti
23/07/2026 [12:57]
Sabah 39° isti olacaq
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Hacı İbrahim yanan binasından danışdı - Yanğının bizə ziyanı yox, xeyri var...

Baxılıb: 536     Tarix: 01-09-2018 16:03   
Bakının Nəsimi rayonunda üçmərtəbəli binada yanğın olub. Yanğın olan binanın iş adamı Hacı İbrahim Nehrəmliyə (İbrahim İbrahimov) məxsus olduğu bildirilir.
Hacı İbrahim modern.az-a açıqlamasında faktı təsdiqləyib:
"Bəli, yanğın olan bina bizə məxsusdur. Biz o binada yaşayanları köçürmüşük, yanan dağıntılardır. Ərazini almışıq, yeni yaşayış binası tikəcəyik".
İş adamı dövlət komitəsinin yeni tələblər irəli sürdüyünü söyləyib:
"Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yeni qaydalarına əsasən, 10 bloklu bina tikilməsinə icazə verilmir. Bizə deyiblər ki, bina 3 bloklu ola bilər. Bu baxımdan tikinti dayanıb. Yanan yerdə isə köhnə evlər idi, sökülürdü, kabellər kəsilmişdi. Kimsə qəsdən kibrit vurub yandırıb. Biz də dərhal yanğınsöndürən çağırdıq. Yanğın söndürüldü. Yanğının yeni tikilən binamıza təsiri yoxdur. Əslində yanğının bizə ziyanı yox, xeyri var ki, köhnə tikilinin yeri təmizlənir. "Hacı İbrahimin 3 mərtəbəli binası yandı" deyib məsələni şişirdirlər. Burada şişirdiləsi bir şey yoxdur".



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar