Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Niyə Xətai İH-in işini Bakı meriyası görür? – Söküntü...

Baxılıb: 543     Tarix: 03-09-2018 16:27   

Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda qanunsuz tikililərin söküntüsünə start verib. Bu işə ilk olaraq Xətai rayonundan (Məhəmməd Hadi küçəsində, “Əhmədli” və “Həzi Aslanov” metrostansiyalarının yaxınlığında) hasarlanmış ərazilərdən başlayıb.
Həmçinin meriyada təşkil olunmuş komissiya tərəfindən sözügedən ərazilərdə tikilən bir sıra müxtəlif təyinatlı obyektlərin sənədləri araşdırılır. Tikintilərlə bağlı qanun pozuntusu qeydə alınacağı təqdirdə tikililər söküləcək və məhkəməyə müraciət olunacaq.
Xətai rayon ərazisindəki qanunsuz tikililərin söküntü işlərinin Xətai RİH deyil, Bakı ŞİH-i tərəfindən aparılması ictimaiyyətdə maraq doğurub.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Qanunvehedef.az-a bildirib ki, sözügedən ərazidə qanunsuz hasarlanmaların sökülməsi və parkların bərpası heç də təkcə BŞİH tərəfindən aparılmır. İki icra hakimiyyəti ərazidə birgə çalışır:
“Xətai rayonunda qanunsuz hasarların sökülməsi işləri Bakı Şəhər İcra Hakimiyyəti ilə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən birgə aparılır. Söküntü işlərinin aparılmasına səbəb hasarların qanunsuz olması deyil, estetik görkəminin kobudluğu ilə bağlıdır. Sözügedən obyektlərin qanunsuz olub-olmadığını yoxlamaq üçün isə araşdırma aparılır. Biz, yəni Xətai İcra Hakimiyyəti bu kimi işləri BŞİH ilə birgə həyata keçiririk”.
P.İmanov bildirib ki, obyekt sahibləri, vətəndaşlar bir çox hallarda apardıqları hasarlama zamanı kobud səhvlərə yol verirlər. Bu səbəbdən də İcra Hakimiyyəti müdaxilə etməli olur:
“Bəzən vətəndaş özünəməxsus ərazidə eybəcər formada hasarlama işləri aparır. Hətta bu yaxınlarda sakinlərdən biri elə hasarlama aparmışdı ki, avtobus dayanacağı hasardan içəridə qalmışdı. Belə olan halda söküntü aparmağa məcbur oluruq.
Hasarlama aparmaq texniki təhlükəsizlik baxımından doğru olsa da, bunu yöndəmsiz formada etmək olmaz.
Bəzən də vətəndaşlar qeyri-qanuni olaraq hasar çəkir. Bu cür yerləri sökürük, təmizləyirik və ilkin vəziyyətinə qaytarırıq”.
İcra nümayəndəsi P.İmanov onu da qeyd edib ki, son günlər aparılan sökünütü işləri zamanı heç bir ağac kəsintisi, yaşıllığa xələlgətirmə halı baş verməyib.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Xətai rayonu, Məhəmməd Hadi küçəsində, “Əhmədli” və “Həzi Aslanov” metrostansiyalarının yaxınlıqlarında yaşıllıqların olduğu dörd ədəd torpaq sahəsinin hasarları sökülüb və ərazi təmizlənib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar