Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Bakıda şadlıq sarayları və restoranların sahibləri cərimələnir - REYDLƏR BAŞLAYIB

Baxılıb: 809     Tarix: 09-09-2018 13:57   
Bir müddət əvvəl şadlıq evləri və restoran sahiblərinə təmizləyici qurğuların quraşdırlması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xəbərdarlıq edilmişdir. Ancaq həmin xəbərdarlıqlara əksər restoranlarda əməl edilməyib. Bu məqsədlə nazirlik Bakı şəhər İcra Hakimiyyəti ilə birgə reydlərə başlayıb.
Qanunvehedef.az xezerxeber.az-a istinadən bildirir ki, Binəqədi rayonu ərazisində keçirilən reyd zamanı bəzi restoranların atmosferi ciddi şəkildə çirkləndirdiyi məlum olub.
Ona görə də nazirlik xəbərdarlığ­a əməl etməyən­ şad­lıq sarayları və ­res­toranların cərimələ­n­məsinə başlayıb.
Nazirliyin sözçüsü İradə İbrahimova bildirib ki, may ayında restoran sahiblərinə müasir standar­tl­ara uyğun təmizlə­yic­i qurğuların quraşdırılması üçün sentyabrın 1-ə qədər vaxt verilib. Ancaq əksər restoran sahibi bu göstərişə əməl etməyib.
Bəzi restoran sahibləri açıqlama verməkdən boyun qaçırıblar.
Digər restorandan isə bildirilib ki, artıq təmizləyici qurğuların quraşdırılması istiqamətində müvafiq şirkətlərlə danışıqlar aparılıb.
Bakı Şəhər icra Hakimiyyətinin əməkdaşı Bayram Həsənov bildirib ki, Binəqədi rayonu ərazisində cəmi 3 restoran sahibi restoranına təmizləyici qurğu quraşdırıb.
Nazirliyin departament direktoru Ramal Bağırov isə qeyd edib ki, restoranların havaya buraxdığı zəhərli tüstünün mütəmadi olaraq atmosferə vurduğu ziyan yoxlanılacaq. Ölçmənin cavab­ları laboratoriyaya ­göndəriləcək, nəticəy­ə uyğun olaraq restor­anla­r 4 min manata qədər cərimə edilə bilər.
Qeyd edək ki, belə reydlər mütəmadi olaraq davam etdiriləcək.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar