Xəbər lenti
26/05/2026 [12:24]
Sabah yağış yağacaq
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Evlər sökülür: yeni yol çəkilişi başladı - Açıqlama

Baxılıb: 614     Tarix: 11-09-2018 11:08   

Paytaxtın Yasamal rayonu, Mirzə Cabbar Məmmədzadə və Nazim Hikmət küçələrində yolun genişləndirilməsi məqsədilə aparılan işlərlə əlaqədar yol kənarında sökülən evlərə görə sakinlərə nəzərdə tutulmuş təzminat artıq ödənilib.
Bu sözləri Qanunvehedef.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Yasamal rayonu Şərifzadə küçəsində, ASAN Xidmətin binasının arxasındakı məhəllədə aparılan işlər barədə danışarkən bildirib.
A.Nəcəfli qeyd edib ki, hazırda söküntü işləri hələ də davam edir:
“Yaşayış evləri üçün 1 kvadrat metrinə görə 1200 manat təzminat ödənilib. Köçürülən ev və obyektlərin qanuni və qanunsuz olmasına baxmayaraq, ev və obyekt sahiblərinin hamısına kompensasiyalar veriləcək.
Hazırda ərazidə işlər davam edir. Evlərin söküntüsü ilə paralel yolun çəkilməsilə bağlı işlər də aparılır. Bu ilin sonuna qədər aparılan işlər tamamilə bitəcək, yol təhvil veriləcək”.
Qeyd edək ki, sözügedən yolda aparılan işlərlə əlaqədar artıq 75 evin söküntüsünə başlanılıb. Ərazidə 4 zolaqdan ibarət, müasir tələblərə cavab verən yol çəkiləcək.
Yeni yol Şərifzadə küçəsi ilə Bakı xarici dairəvi yolu birləşdirəcək. Yeni yol Yasamal bazarının yaxınlığından, yəni ASAN Xidmətin binasının kənarı ilə çəkilir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar