Xəbər lenti
17/01/2025 [13:11]
Sabah yağış yağacaq
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Dolların hökmranlığı nə vaxt bitəcək? - “Mudis”

Baxılıb: 570     Tarix: 13-09-2018 15:00   

Dollardan qlobal ticarətdə istifadə zamanla azala, onun ölkələrin rezervlərindəki həcmi ixtisar edilə bilər, amma bunun üçün alternativ valyutalar öz cəlbediciliyini artırmalıdırlar.
Qanunvehedef.az xəbər verir ki, bu iddia ilə “Mudis” beynəlxalq reytinq agentliyinin ekspertləri Corcina Smart və Kolin Ellis çıxış ediblər. Onların fikrincə, regional ticarətin aktivləşməsi və yuan kimi yeni valyutaların əldə edilməsi ölkələrə coğrafi baxımdan uzaq dövlətlərin valyutalarını rezerv kimi istifadə etməmələrinə daha çox imkan yaradacaq:
“Nəticədə dollardan qlobal ticarətdə istifadə azalacaq, dünyanın rezerv valyuta sisteminin strukturunda ciddi dəyişikliklər olacaq. Lakin hazırda dollar beynəlxalq ticarətdə qiymət üstünlüyünə və rahatlığa sahibdir. Onun qlobal rezervlərdəki payı isə alternativ valyutalar üçün əlçatmazdır. Mərkəzi bankların mövcud reallığı dəyişməsi üçün onilliklər keçməsi lazımdır”.
Ekspertlərin iddiasına görə, yaxın perspektivdə dollar hələ də dünyada hökmranlığını qoruyub saxlayacaq:
“Dollar de-fakto 60 ildir ki, dünyanın rezerv valyutası sayılır. Dollar gələcəkdə də bu statusunu qoruyub saxlayacaq. Hazırda dünya valyuta rezervlərinin 63%-i məhz dolların payına düşür. Ondan sonrakı yerdə isə 20%-lik göstərici ilə avro dayanır. Digər valyutalardan heç biri 5%-lik göstəricini keçmir və onların yaxın zamanlarda üstünlüyü ələ almaq potensialı da yoxdur”.
Analitiklər dünya iqtisadiyyatındakı durğunluğa, fərqli dövlətlərdə defolta, Çinin qlobal ticarət rolunu artırmasına və avronun peyda olmasına rəğmən, dolların hələ də öz stabilliyini saxladığını söyləyiblər.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar