Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Azərbaycanda pambığın alış qiyməti artırıldı

Baxılıb: 938     Tarix: 20-09-2018 10:39   

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) və İqtisadiyyat Nazirliyinin məsul işçilərinin iştirakı ilə pambıq istehsalı və emalı ilə məşğul olan şirkət rəhbərləri ilə görüş keçirilib.
KTN-dən Qanunvehedef.az-a verilən məlumata görə, görüşdə bu il görülən işlər, pambıq yığımının gedişi, tədarükü və emalı vəziyyəti, eləcə də qarşıya qoyulan hədəflərə nail olunması üçün həyata keçirilməsi vacib olan məsələlər müzakirə edilib.
Pambıq əkən fermerlərin məhsul istehsalına, yığımına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətlərinin hər ton üçün 50 manat artırılaraq 2018-ci ilin məhsulu üçün aşağıdakı kimi müəyyənləşdirilməsi barədə razılıq əldə edilib.
1-ci növ: 600-dən 650 manata;
2-ci növ: 580-dən 630 manata;
3-cü növ: 540-dan 590 manata;
4-cü növ: 500-dən 550 manata.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar