Xəbər lenti
04/07/2025 [13:46]
Sabah yağış yağacaq
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Azərbaycan OPEK-in iclasında: Hesabat dinlənildi...

Baxılıb: 536     Tarix: 24-09-2018 11:35   

Əlcəzairdə OPEK+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclası keçirilib.
İclasda ölkəmizi energetika naziri Pərviz Şahbazov təmsil edib.
Energetika Nazirliyindən Qanunvehedef.az-a bildiriblər ki, tədbirdə cari ilin avqust ayı üzrə neft hasilatı ilə bağlı Birgə Texniki Komissiyanın təqdimatı və OPEK-in qlobal neft bazarının inkişaf tendensiyalarına dair hesabatı dinlənilib.
2018-ci il iyunun 23-də OPEK və qeyri-OPEK ölkələri nazirlərinin IV iclasında neft hasilatının sutkada 1 milyon barel artırılması ilə bağlı qərarının icra vəziyyəti və bazara təsiri nəzərdən keçirilib.
İclasda iştirak edən Azərbaycanın energetika naziri Pərviz Şahbazovun verdiyi məlumata görə, OPEK+ ölkələri tərəfindən öhdəliklər iyulda 109 faiz, avqustda isə 129 faiz yerinə yetirilib. Bu göstəricilər may ayı ilə müqayisədə bazarın balanslaşması istiqamətində mühüm irəliləyişlər hesab edilib. Nazir deyib:
“OPEC+ razılaşmasına hələlik 100 faiz əməl edilməsə də, prosesin gedişatı ümumən qənaətbəxşdir. OPEK və qeyri-OPEK ölkələrinin ümumi rəyi ondan ibarətdir ki, hasilatın artırılmasına hazırki yanaşma nailiyyətləri ilin sonuna kimi qoruyub saxlamağa imkan verir və hasilat həcmlərinin bölüşdürülməsinə zərurət yoxdur”.
İclasda OPEK+ ölkələrinin iyun qərarının tam şəkildə yerinə yetirilməsi üçün koordinasiyalı fəaliyyətin və davamlı tənzimlənmənin vacibliyi qeyd olunub. 2019-cu ildən bazarın vəziyyətinin yenidən təhlili və adekvat qərarların qəbulu məqsədəuyğun sayılıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar