Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

"Kondisioner pul yazır, yandıra bilmərəm" - BAKUBUS SÜRÜCÜSÜ

Baxılıb: 518     Tarix: 26-09-2018 15:32   

Sərnişinlər tez-tez "BakuBus" marşrutlarının avtobuslarında kondisionerlərin yandırılmamasından şikayət edirlər.
Qanunvehedef.az "Kommersant.az"a istinadla xəbər verir ki, oxşar hadisə bu gün səhər saatlarında N.Nərimanov metro stansiyası–20-ci sahə istiqamətində hərəkət edən 5 nömrəli marşrut avtobusunda baş verib. Avtobusun sürücüsü sərnişinlərin etirazına məhəl qoymayaraq kondisioneri yandırmaq istəməyib:
"Bilirsiniz, kondisioner nə qədər pul yazır? Yandıra bilmərəm".
"Gediş haqqını 30 qəpiyə qaldırmısınız, heç olmasa normal xidmət göstərin" deyən sərnişinin, eyni zamanda digər sərnişinlərin uzun-uzadı etirazları işə yarayıb. Sürücü kobud rəftar nümayişindən sonra kondisioneri yandırıb.
Məsələyə aydınlıq gətirmək üçün "BakuBus" MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Qabil Babayevlə əlaqə saxladıq. Qurum rəsmisi bildirdi ki, sözügedən avtobusun sürücüsünə xəbərdarlıq ediləcək:
"Kondisioner söndürülməməlidir. Sürücülər mütəmadi olaraq təlimlərə cəlb edilir. Qurumun 700-800 sürücüsü var. Haqqında şikayət daxil olan sürücülər yenidən təlimlərə cəlb olunurlar. Ciddi xəbərdarlıqlar edilir, nəticə vermədikdə işdən azad olunurlar".
Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mais Ağayev isə "Kommersant.az"a açıqlamasında bildirib ki, məsələ araşdırılacaq və müvafiq tədbir görüləcək.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar