Xəbər lenti
26/05/2026 [12:24]
Sabah yağış yağacaq
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu fəsildə doğulan insanlar daha çox yaşayır

Baxılıb: 684     Tarix: 30-09-2018 23:34   
İnsanın doğulduğu fəsil onun sağlamlığına ciddi təsir edir.
Alimlər sübut edir ki, payızda doğulan insanlar digər fəsillərdə doğulan insanlarla müqayisədə daha sağlam olur və çox yaşayır.
Amerika alimləri genişmiqyaslı araşdırma zamanı aşkar ediblər ki, uzunömürlülərin əksəriyyəti payızda və xüsusilə də noyabr ayında doğulan insanlardır.
Qanunvehedef.az saglamolun.com-a istinadən bildirir ki, mütəxəssislərin fikrinə görə, bunun səbəbi payızda uşaq dünyaya gətirən anaların hamiləlik boyu daha yaxşı qidalanmasıdır. Bu uşaqlarda beyinin və digər strukturların formalaşmasının ən vacib dövrü yaya təsadüf edilir. Yayda meyvə və tərəvəzlər bol olur ki, insan daha çox miqdarda orqanizm üçün əvəzsiz olan vitamin və mineralları qəbul edir. Bunun nəticəsində ana bətnində daha sağlam orqanizm formalaşır.
Bundan əlavə alimlərin fikrinə görə, uzunömürlülərin əksəriyyətində bu kimi xüsusiyyətlər var: ətrafdakılara qayğı göstərmək, fiziki aktiv olmaq, çox işləmək, sosial həyatda fəal olmaq, həyata pozitiv baxmaq.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar