"Boşboğazlar mənim ayaqqabımın qiymətini müzakirəyə çıxarırlar" - DEPUTAT
Baxılıb: 739 Tarix: 02-10-2018 13:10
Naqif Həmzəyev ayaqqabısının qiymətindən danışıb.
"Kiminsə başqa bir şəxsin geyimini müzakirəyə çıxarmaq cılızlıq əlamətidir. Mənim ayaqqabımın qiyməti ilə bağlı yazılan qiymət yanlışdır. Orda çox baha yazıblar. Mən o bahalıqda ayaqqabı geyinmirəm. Mən xüsusi marka istehsalı geyinmirəm".
Bunu goldnews.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev sosial şəbəkələrdə ayaqqabısının qiymətinin müzakirəyə çıxarılmasına münasibət bildirərkən deyib.
Deputat qeyd edib ki, ayaqqabısının qiyməti ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: "Hansısa bahalı bir marka ayaqqabının fotosunu qoyub mənim ayaqqabımın markası olduğunu iddia ediblər. Mənim ayaqqabım ona oxşaya bilər, amma həmin ayaqqabıdan deyil. Onlar bənzədiblər sadəcə. Mən burda açıq demək istəmirəm ki, hansı markadır ayaqqabım. Hər halda yanlış informasiyalardır".
N.Həmzəyev metroda görüntülənməsinə də münasibət bildirib. O qeyd edib ki, ictimai nəqliyyatdan istifadə etmək onun üçün adi bir haldır: "Mən gün Bakı şəhərində metro və avtobusdan istifadə edirəm. Burada qeyri-adi bir şey yoxdur. Mən Gəncə şəhərində də ictimai nəqliyyatdan istifadə edirəm. Bacardığım qədər işə piyada da gedib gəlirəm. Ona görə də, bu məsələnin bir o qədər də böyüdülməsinin tərəfdarı deyiləm. Bu, sadəcə olaraq, mənim üçün gündəlik həyat tərzidir. Tələbə vaxtı, Avropada, Türkiyədə ictimai nəqliyyatdan necə istifadə etmişəmsə, indi də elə. Hər kəsin də haqqı var ki, ictimai nəqliyyatdan istifadə etsin. Hazırda Milli Məclisin iclasından çıxıb dayanacaqda avtobus gözləyirəm".
Millət vəkili şəxsi avtomobilinin olmamasını da bildirib: "Mənim şəxsi avtomobilim yoxdur. Xidməti avtomobil var, o da Gəncə şəhərindədir. Yeni Azərbaycan Partiyası tərəfindən verilib. Mənim şəxsi avtomobilimin olması ilə bağlı yayılan xəbərlər əsassızdır və yanlış informasiyalardır. Mənim avtomobilim olmayıb ki, satam".
N.Həmzəyev onun metrodan istifadə etməsini və ayaqqabısının qiymətini müzakirəyə çıxarmağı cılız məsələ adlandırıb. Onun sözlərinə görə, hər kəs öz geyimində azaddır: "Bu, çox cılız məsələlərdir. Bu, etikadan tamamilə uzaq bir ittihamdır. Sadəcə olaraq boşboğazların işidir ki, mənim ayaqqabımın qiymətini müzakirəyə çıxarıblar. Onlar mənasız şeylərə fikir verirlər. Nə geyinməsi hər kəsin şəxsi həyatıdır. Məni tanıyanlar bilir, mən hər zaman sadə geyimə üstünlük vermişəm. 3-4 ildir eyni geyimi paltarlarını geyinirəm. Çox nadir hallarda təzələyirəm. Ehtiyac duymuram ki, geyimimi tez-tez təzələyim. Əsas odur ki, çalışmalıyıq ki, səliqəli geyinək. Geyimə elə də çox vəsait də xərcləmirəm".

Ən çox oxunanlar
Son xəbərlər