Xəbər lenti
23/07/2026 [12:57]
Sabah 39° isti olacaq
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Sumqayıtda Ermənistan istehsalı olan içkilər... - Video

Baxılıb: 646     Tarix: 09-10-2018 16:09   

Dövlət Gömrük Komitəsinin (DGK) Sumqayıt Baş Gömrük İdarəsi Ermənistan istehsalı olan spirtli içkiləri məhv edib.
Report-un məlumatına görə, proses Sumqayıtda, DGK-nın müvafiq qurumlarının iştirakı ilə baş tutub.
Belə ki, istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan ümumilikdə 7 835,7 litr spirtli və sərinləşdirici içki, 4 235 700 ədəd tütün məmulatı, 1 621,8 kq qarışıq ərzaq məhsulları, 14 479,65 kq müxtəlif məişət malları məhv edilib. Bunlardan 27 lirt spirtli içki Ermənistan mənşəlidir.
Məhv edilən mallar 2016-2018-ci illərdə fiziki şəxslər tərəfindən Nazirlər Kabinetinin 305 saylı qərarı ilə müəyyənləşdirilən normalara əməl olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərildiyi üçün müvəqqəti saxlanc anbarına qəbul edilən və saxlanc müddətində vətəndaşlar tərəfindən həmin malların geri götürülməsinə dair müraciət olunmayan, eyni zamanda istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan kateqoriyalara aiddir.
Mallar müvafiq ekspert rəyi və məhkəmə qərarına əsasən məhvetmə prosesinə cəlb olunub.




Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar