Xəbər lenti
26/05/2026 [12:24]
Sabah yağış yağacaq
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Azərbaycanda manat bahalaşdı - Monitorinq

Baxılıb: 694     Tarix: 10-10-2018 12:41   

Milli valyutamız əksər dövlətlərin milli valyutaları qarşısında bahalaşıb.
Qanunvehedef.az xəbər verir ki, bu, Report-un son 1 ildə xarici valyutaların Azərbaycan manatına nəzərən məzənnəsi ilə bağlı keçirdiyi monitorinqdən sonra məlum olub.
Qeyd olunub ki, manat ən çox Argentina pesosu, türk lirəsi və yapon yeni qarşısında dəyər qazanıb - müvafiq olara 52,98%, 39,47% və 23,55%. Bu, həmin ölkələrin pulunun kəskin dəyərdən düşməsi ilə bağlıdır.
Manatın qarşısında ən az bahalaşdığı xarici valyuta isə ABŞ dolları olub – cəmi 0,01%.
Son 1 ildə Azərbaycanın milli valyutası 3 xarici valyuta qarşısında ucuzlaşıb. Bunlar Moldova leyi, Malayziya rinqqiti və Cənubi Koreya vonudur. Dəyər itirilməsi müvafiq olaraq 2,67%, 1,69% və 0,4% təşkil edib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar