Xəbər lenti
23/07/2026 [12:57]
Sabah 39° isti olacaq
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Vahid büdcə təsnifatı təsdiq edildi

Baxılıb: 637     Tarix: 15-10-2018 11:04   

Azərbaycanda vahid büdcə təsnifatı təsdiq edilib.
Maliyyə Nazirliyindən Qanunvehedef.az-a verilən məlumata görə, Baş nazir Novruz Məmmədovun imzaladığlı qərara əsasən, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar icmal büdcə ilə əhatə olunan qurumlar vahid büdcə təsnifatının tətbiqinə 2020-ci il 1 yanvar tarixindən başlayır.
Qərara əsasən, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar, icmal büdcə ilə əhatə olunan qurumlar 2020-ci ilin icmal və dövlət büdcəsi layihələri ilə bağlı 2019-cu ildə tərtib edəcəkləri sifarişlərini vahid büdcə təsnifatına əsasən Maliyyə Nazirliyinə təqdim etməlidir.
Maliyyə Nazirliyi vahid büdcə təsnifatını Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlara, icmal büdcə ilə əhatə olunan qurumlara elektron və kağız daşıyıcılarda çatdırılmasını təmin etməlidir. Bununla bağlı tələb oluna bilən xərclərin maliyyələşdirilməsi barədə təkliflərini 1 ay müddətində Nazirlər Kabinetinə təqdim etməli, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlara, icmal büdcə ilə əhatə olunan qurumlara vahid büdcə təsnifatının tətbiqi ilə bağlı mütəmadi olaraq metodiki yardımların, təlimlərin və digər zəruri təlimatların göstərilməsini həyata keçirməsini həll etməlidir.
Həmçinin büdcə ili ərzində təşkilatlar yaradıldığı, ləğv olunduğu və yenidən təşkil edildiyi təqdirdə, vahid büdcə təsnifatının “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı”nda müvafiq dəyişikliklərin aparılmasını həyata keçirməli, bu qərardan irəli gələn digər məsələləri həll etməlidir.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar