Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Türkiyədəki meqalayihəmiz açılır: Ərdoğanla İlham Əliyev...

Baxılıb: 577     Tarix: 19-10-2018 12:01   

SOCAR-ın Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim PetroKimya Holding A.Ş.”nin ərazisində tikilən “Star” neft emalı zavodu bu gün fəaliyyətə başlayır.
Qanunvehedef.az xəbər verir ki, Türkiyənin emal olunmuş neft ehtiyacının 25 faizini qarşılaması nəzərdə tutulan zavodun real sektorun bir sahəyə qoyduğu ən böyük investisiya olduğu qeyd olunub.
Məlumata görə, illik 10 milyon ton xam neft emal etmək gücünə sahib zavod bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçiriləcək açılış mərasimi ilə fəaliyyətə başlayacaq.
“Star” Türkiyədə ilk dəfə Strateji Təşviq sənədi alan şirkət kimi tarixə düşüb. Zavod Türkiyənin hər il neft məhsulları idxalından 1.5 milyard dollar qənaət etməsinə zəmin yaradacaq.
İnşaatında 3 mindən artıq mühəndis, 14 ölkədən 19 min 500 işçinin çalışdığı zavod fəaliyyətə başladıqdan sonra 1100 nəfəri işlə təmin edəcək.шаблоны для dle 11.2