Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Azərbaycanda "Aİ-92" markalı benzinlə bağlı - Mühüm qərar

Baxılıb: 534     Tarix: 20-10-2018 13:57   
Azərbaycanda 92 (Aİ-92) oktanlı benzin idxalı müvəqqəti olaraq gömrük rüsumlarından azad edilir.Qanunvehede.az "Trend"ə istinadən xəbər verir ki, müvafiq qərar Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilib.
Əvvəllər bu növ benzin üçün gömrük rüsumu 15 faiz idi.
Nazirlər Kabinetinin başqa bir qərarı ilə Aİ-92 markalı benzinin idxalına görə aksiz dərəcəsi bir ton üçün 200 manatdan bir manatadək azalıb. Nazirlər Kabinetinin hər iki qərarı aviasiya benzininə tətbiq edilməyəcək.
Bu qərar 2018-ci ilin 1 oktyabr tarixindən tətbiq olunur və 90 gün müddətində qüvvədədir.
Qeyd edək ki, Nazirlər Kabinetinin belə qərarı Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) işlərin planlaşdırılmış profilaktika işlərinə görə müvəqqəti dayandırılması ilə bağlıdır. Buna görə də benzin müəyyən həcmdə xaricdən idxal olunacaq.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar