Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Bakıda yeni tikilən binalarda ən ucuz və ən bahalı mənzillərin QİYMƏTLƏRİ

Baxılıb: 644     Tarix: 20-10-2018 14:03   
Bakıda yeni tikilən binalarda ən ucuz və ən bahalı mənzillərin qiymətləri məlum olub.
Qanunvehedef.az Trend-ə istinadən bildirir ki, bu gün Bakı şəhəri ərazisində ölkənin tikinti şirkətlərinin təklif etdiyi 193 yaşayış kompleksində mənzil almaq olar.
2018-ci ilin sentyabr ayının nəticələrinə görə Bakı şəhərində yeni tikili binalarda kvadrat metrin orta qiyməti 1545 AZN təşkil edir.
Əgər yeni tikili binaların qiymətini rayonlar üzrə müqayisə etsək, ən bahalı rayon Səbail rayonudur ki, burada orta hesabla bir kvadrat metrin qiyməti 2950 AZN təşkil edir, yaşayış üçün ən ucuz sektor isə Abşeron rayonudur ki, burada da orta hesabla bir kvadrat metrin qiyməti 900 AZN təşkil edir.
Bakı şəhərinin rayonları üzrə mənzillərin orta qiyməti:
Səbail
2950 AZN/m2
Nəsimi
2050 AZN/m2
Xətai
2030 AZN/m2
Nərimanov
1900 AZN/m2
Yasamal
1760 AZN/m2
Nizami
1420 AZN/m2
Binəqədi
1380 AZN/m2
Sabunçu
1300 AZN/m2
Qaradağ
1180 AZN/m2
Xəzər
1050 AZN/m2
Suraxanı
980 AZN/m2
Abşeron
900 AZN/m2
Əgər inşa edilmiş evlər və hələ də inşaatda olan mənzillərin dəyərini müqayisə etsək, hazır mənzillərin qiyməti daha yüksək olacaq.
Artıq təhvil verilmiş hazır yeni mənzildə kvadrat metrin qiyməti 1580 AZN təşkil edəcək. Bakının 2018-ci ildə, təhvil verilmiş, həmçinin bu ilin sonuna tikintisi başa çatmaqda olan yeni tikili binalarında orta qiymət 1430 AZN təşkil edir. İnşa olunan və 2019-cı ildə başa çatacaq yaşayış komplekslərində orta qiymət 1370 AZN-ə bərabərdir.
Qeyd edək ki, araşdırma "Flatfy" şirkəti tərəfindən aparılıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar