Neft ölkələri “neft şoku”nda maraqlı deyil – Ucuzlaşma səbəbi
Baxılıb: 455 Tarix: 25-10-2018 11:14
Proqnozlaşdırdığımız kimi, neftin dünya bazar qiymətində azalma müşahidə edilməkdədir.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri geosiyasi proseslərin neftin qiymətlərinə təsiri haqda danışan iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert bildirib ki, son 2 gündə qara qızıl 5 faizdən çox dəyər itirib:
“Dünya iqtisadiyyatı üçün sağlam hesab edilməyən yüksək qiymətlər fonunda qlobal iqtisadi böhran riski olsa belə, Səudiyyə Ərəbistanının energetika nazirinin son açıqlamasndan sonra birjalarda Ər-Riyad ətrafındakı gərginliyin qiymətləri yüksəltməyəcəyi ilə bağlı əminliyinin formalaşması da neftin ucuzlaşmasına az təsirsiz ötüşmədi. Buna paralel olaraq Amerika Neft İnstitutu isə Birləşmiş Ştarlarda hasilatın artması barədə açıqlama yaydı. Digər tərəfdən, BP rəhbəri də neftin 1 barrelinin məqbul qiymətini 60-65 dollar intervalında görür. Neft bazarı İrana tətbiq edilən yeni sanksiyaların psixoloji və iqtisadi təsirlərinə artıq adaptasiya oldu. Deməli, neftin qiyməti yenidən 60 dollaradək azalarsa, bu, heç də təəccüb yaratmamalıdır. Nəinki istehlakçılar, hətta istehsalçılar da “bahalı neft dövrünün” başlanmasında maraqlı görünmür. Birjalar “neft şokunun” təkrarlanmasında həvəsli deyil. Bu isə o deməkdir, neft bumu dövrü bütün anlamlarda geridə qaldı”.
Ən çox oxunanlar
Son xəbərlər