Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Forum: Hamımız bu müharibəyə qoşulmuşuq - Qusman

Baxılıb: 593     Tarix: 26-10-2018 12:10   
VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” mövzusunda işçi sessiyaya start verilib.
Qanunvehedef.az xəbər verir ki, sessiyada cəmiyyətin yanlış məlumatlandırılmasının ağır fəsadları, bunun bütün dünyada sülh və sabitlik üçün yaratdığı təhlükələrlə bağlı məruzələr dinləniləcək.
Yerli və xarici kütləvi informasiya vasitələrinin, beynəlxalq və regional media qurumlarının rəhbərlərinin və nümayəndələrinin, tanınmış ekspertlərin iştirakı ilə keçiriləcək sessiya iki hissədən ibarətdir.
Sessiyanın Azərtac-ın İdarə Heyətinin sədri, Dünya Xəbər Agentlikləri Konqresinin və OANA-nın prezidenti Aslan Aslanovun və Rusiyanın TASS agentliyinin Baş direktorunun birinci müavini, Dünya Xəbər Agentlikləri Konqresi Şurasının vitse-prezidenti Mixail Qusmanın moderatorluğu ilə keçən birinci hissəsində Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev, Rumıniyanın Agerpress agentliyinin baş direktoru, Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Aleksandru Giboi, Estoniya parlamentinin vitse-spikeri Kalle Laanet, İranın İRNA xəbər agentliyinin baş direktoru Sayed Ziya Haşimi, ADA Universitetinin müəllimi Şəfəq Mehrəliyeva, “Belarus seqodnya” media holdinqin baş direktoru Dmitri Juk və “Hoy Los-Angeles” qəzetinin baş redaktoru Alexandro Masielin çıxışı nəzərdə tutulub.
İşçi sessiyanın Mixail Qusmanın və Azərtac-ın Almaniya üzrə müxbiri, Asiya və Sakit okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının baş katibi Vüqar Seyidovun moderatorluğu ilə keçəcək ikinci hissəsində isə Azərtac-ın İdarə Heyətinin sədri Aslan Aslanov, TASS agentliyinin baş direktoru, MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının sədri Sergey Mixaylov, Ərəb Xəbər Agentlikləri Federasiyasının baş katibi Fərid Əyar, Albaniyanın ATA agentliyinin baş direktoru Armela Krasniqi, Livan Milli Xəbər Agentliyinin baş direktoru Laure Sleiman, ABŞ-ın Markett Universitetinin beynəlxalq proqramlar üzrə administratoru, beynəlxalq münasibətlər üzrə ekspert Peter Teys, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı Əmir Əliyev və Türkiyənin Anadolu Agentliyinin layihə meneceri Elife Çekem çıxış edəcəklər.
Mixail Qusman çıxışında "feyk nyus"un ildən-ilə güclənən böyük sosial təhlükə olduğunu bildirib.
Onun sözlərinə görə, yalan informasiya problemi jurnalistika üçün gündən-günə daha da aktuallaşır. Mixail Qusmanın fikrincə, dünya mediası informasiya hücumuna hazır olmalıdır. Vitse-prezident hesab edir ki, problemlə mübarizə hələ erkən mərhələdədir və "feyk nyus"u dayandıracaq qırmızı düymə tapılmalıdır.
"Yanlış informasiyalarla bağlı məsələ bir neçə il bundan öncə belə aktual sayılmırdı. Bu gün ekspertlər tərəfindən də yalan informasiyalarla bağlı fərqli fikirlər söylənilir. Artıq yalan informasiya yayımı adi hala çevrilib. Bu proses nəinki səngiyir, hətta günü-gündən güclənir. Yanlış məlumatlandırma müharibəsi hansısa iki ölkə arasında aparılmır. Biz hamımız bilərəkdən və ya bilməyərəkdən bu müharibəyə qoşulmuşuq. Bu vəziyyət hansısa ölkəni, regionu əhatə etmir. Bu problem dünyada problemə çevrilib. Hazırda biz bunun qarşısını ala bilmərik. Amma ən azından buna dair nə edəcəyimizi planlaşdıra bilərik", - deyə Mixail Qusman qeyd edib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar