Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“Kapital Bank” mesencer-botu təqdim etdi

Baxılıb: 829     Tarix: 26-10-2018 13:15   
“Kapital Bank” müasir texnologiyaların inkişafına və müştəri məmnuniyyətinin artırılmasına diqqət ayıraraq, növbəti yeniliyi təqdim etdi. Belə ki, Facebook istifadəçiləri Kapital Bank-ın yeni “Aican” mesencer-botu ilə ünsiyyət qurub, ona BirKart məhsulu ilə bağlı suallarını verə bilərlər.
Qanunvehedef.az xəbər verir ki, mesencer-bot 24 saat ərzində müştərilərin suallarını cavablandırmaqla yanaşı, BirKart məhsulu barədə ətraflı məlumat verir, müştərilərin verdikləri cavablar əsasında onları yönləndirir, sifarişləri onlayn qaydada avtomatik həyata keçirir, həmçinin müştəriyə yaxın filial və ya bankomatın ünvanını göstərir.
Demo versiyada olan mesencer-bot hələlik yalnız BirKart-ın rəsmi Facebook səhifəsinə qoşulub. Yaxın gələcəkdə həmçinin Feysbuk “Kapital Bank”-ın rəsmi səhifəsində də botun “xidmətlər”indən istifadə edə biləcəklər.
Qeyd edək ki, son illər “Kapital Bank” müştəri xidməti keyfiyyətinin artırılması istiqamətində bir sıra layihələr həyata keçirib: filial şəbəkəsinin və biznes proseslərin transformasiyası, ölkə üzrə hər yerdə filialların, bankomatların və ödəniş terminallarının mövcudluğu, 24 saat fəaliyyət göstərən 196 Sorğu Mərkəzi, müştərilərin filiala gəlmədən bir sıra bank əməliyyatlarını edə biləcək BirBank tətbiqi, QR Pay ödəniş sistemi, sayt və ya tətbiq üzərindən zəng, kredit sifarişi, onlayn növbə xidməti və s.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar