Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Ən varlı insanlar bu ölkədə yaşayır

Baxılıb: 555     Tarix: 28-10-2018 14:42   
Dünyanın 2158 milyarderinin ümumi sərvətinin məbləği açıqanıb.
Bu barədə İsveçrənin "UBS" bankının və "PwC" beynəlxalq xidmətlər şəbəkəsinin birgə hesabatında qeyd edilir.
Məlumata görə, ötən il 2158 milyarderin ümumi sərvəti 8,9 trilyon ABŞ dollarına bərabər olub. 2017-ci ildə Asiya qitəsindəki milyarderlərin sayı 25 faiz artıb. İndi onların ümumi sayı 637 nəfərdir. Nəticədə ilk dəfə Asiya milyarderlərinin sayı ABŞ-ı ötüb. Bu ölkədə milyarderlərin sayı 563 nəfərdir. Amma ABŞ-da yaşayan milyarderlər sərvətlərinin ümumi məbləğinə görə ilk sıradadırlar. Bir sözlə ən varlı insanlar ABŞ-da yaşayır.
Hesabata əsasən, keçən il Çində 55 nəfərin, ABŞ-da isə 53 nəfərin varidatı artıb və onlar milyarderlər siyahısına daxil olublar./qaynarinfo



{sape_links}{sape_article}