Xəbər lenti
26/05/2026 [12:24]
Sabah yağış yağacaq
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Nazirlik: Bu il yarmarkada 100 tondan artıq bal satıldı

Baxılıb: 699     Tarix: 29-10-2018 13:40   
Bu il Bakıda keçirilən 19-cu Arıçılıq məhsullarının sərgi-satış yarmarkasında 100 tondan artıq bal satılıb.
Bu barədə Qanunvehedef.az-a məlumatı Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov deyib. O bildirib ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan yarmarka ötən gün başa çatıb:
“5-28 oktyabr tarixlərində keçirilən yarmarkaya Azərbaycanın bütün iqtisadi rayonlarından 380-ə yaxın arıçı qatılıb. Yarmarka ərzində anbarda saxlanan 120 ton balın 116 tonu arıçıların gündəlik sifarişləri əsasında satışa buraxılıb. Aparılan gündəlik monitorinqlər nəticəsində yarmarkanın gedişində 100 tondan artıq balın satıldığı müəyyənləşib”.
Vüqar Hüseynov yarmarkadan satışa çıxarılan balın qiymətini arıçıların özlərinin müəyyənləşdirdiyini bildirərək, onlar haqqında da məlumat verib:
“Qiymətlər ilk günlər 20-40 manat arasında dəyişib, yarmarkanın son günlərində isə 15-25 manat olub. Qiymətlər arıçılar gətirdikləri məhsulun böyük hissəsini satdıqdan sonra enməyə başlayıb. Arıçılar arasında keçirilən sorğu zamanı yarmarkada balın orta qiymətinin 18-23 manat olduğu müəyyənləşib”.
Nazirlik rəsmisi onu da bildirib ki, yarmarka keçirildiyi müddətdə ətraf ərazilərdə ucuz qiymətə saxta bal satışının qarşısı alınıb:
“Yarmarkanın təşkili zamanı Tofiq Bəhramov adına Respublika Stadionunun yaxınlığında, “Gənclik” metrosunun ətrafında möhtəkirlərin saxta bal satışının qarşısı almaq üçün mütəmadi tədbirlər görülüb. Tofiq Bəhramov adına Respublika Stadionunun mühafizə xidmətinin, Azərbaycan Arıçılar Assosiasiyasının və polis əməkdaşlarının səyi nəticəsində ətraf ərazilərdə möhtəkirlərin ucuz qiymətə saxta bal satışının qarşısı alınıb”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar