Xəbər lenti
23/07/2026 [12:57]
Sabah 39° isti olacaq
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Hər mənzil sahibi 100 manat ödəsə... - Millət vəkilindən TƏKLİF

Baxılıb: 623     Tarix: 30-10-2018 15:29   

"Bələdiyyələrə pul qazandırmaq üçün kifayət qədər imkan var. Lakin göz görə-görə biz bu imkandan imtina edirik".
Bu sözləri millət vəkili Fazil Mustafa "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, çoxmənzilli binalarda yaşayanlar əmlak vergisini ödəsələr bələdiyyələr kifayət qədər gəlir əldə edər:
"Yeni çoxmənzilli binalarda yaşayanlar əmlak vergisi ödənmir. Çünki bina təhvil alınmış hesab edilmir. Vətəndaş mənzildə yaşayırsa, bu onun mülkiyyəti hesab edilirsə, ona mülkiyyət sənədi verilməlidir. Bələdiyyənin imkanını genişləndirmək, pul qazanmasını istəyiriksə, bütün binalarda yaşayanlara mülkiyyət sənədləri verilməlidir. Hər mənzil sahibi 100 manat ödəsə, təsəvvür edin bələdiyyələr nə qədər qazana bilər. Bu insanlar həmin evlərdə yaşayır, onları küçəyə tökməyəcəyik ki?"



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar