Xəbər lenti
12/05/2025 [10:15]
PKK özünü ləğv etdi
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Bu maşınların sürücüləri niyə cərimələnir?

Baxılıb: 678     Tarix: 01-11-2018 11:25   

Son günlər Bakıda, xüsusilə şəhərin mərkəzi küçələrində yük avtomobilləri sürüclərinə müəyyən qadağalar tətbiq edilib. Sürücülər bildirib ki, bir müddətdir onlara qadağalarla yanaşı, müəyyən cərimələr də yazılır.
Qanunvehedef.az xəbər verir ki, yük avtomobili sürücülərinə cərimələri adətən 3.4 "Yük avtomobillərinin hərəkəti qadağandır" nişanının tələbini pozmağa görə yazırlar.
Sürücülərin şikayətini nəzərə alan hüquqşünas Ərşad Hüseynov açıqlamasında bildirib ki, yük avtomobilləri üçün nəzərdə tutulmuş müəyyən yol nişanları var və belə nişan olmayan küçələrdə və prospektlərdə heç kəsə cərimə yazıla bilməz:
“Prezidentin 1 fevral 2006-cı il №1255 Sərəncamı və Yol hərəkəti təhlükəsizliyi komissiyasının Bakıya yük avtomobillərinin girişini məhdudlaşdırmaq barədə qərarı var. Qərara əsasən 3.4 nişanını icazə verilən maksimal kütləsi 5 tondan artıq yük avtomobillərinə aid olmaqla və qadağan olunmuş müddətdə (8.00-21.00, 7.00- 21.00 və ya 7.00- 20.00 aralığı) göstərməklə tətbiq etmək lazımdır. Belə olduqda həmin nişanların qoyulduğu yol sahəsinə daxil olan icazə verilən maksimal kütləsi 5 tondan artıq yük avtomobillərinin sürücləri cərimələnə bilər.
Belə nişan olmayan küçələrdə və prospektlərdə isə heç kəsə cərimə yazıla bilməz. Bu qadağa şəhərdən çıxışa aid olmadığı üçün şəhərdən çıxanlara da cərimə yazıla bilməz”.
Hüquqşünas bildirib ki, yük avtomobili sürücüləri qanunu bilsələr, cərimələnməzlər.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar