Xəbər lenti
26/05/2026 [12:24]
Sabah yağış yağacaq
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Gömrükçülər aksiz markasız spirtli içkilər aşkarladı

Baxılıb: 817     Tarix: 01-11-2018 13:29   

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyatlar şöbəsinə VAZ-2106 markalı minik avtomobilində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış spirtli içkilərin olması barədə məlumat daxil olub. Məlumat əsasında yaradılmış müvafiq əməliyyat qrupu həmin nəqliyyat vasitəsini nəzarətə götürüb.
Dövlət Gömrük Komitəsindən Qanunvehedef.az-a verilən məlumata görə, keçirilmiş tədbir nəticəsində Azərbaycan vətəndaşının idarə etdiyi avtomobil Qazax rayonunun İncəsu kəndi ərazisində saxlanılıb. Bundan sonra nəqliyyat vasitəsinə baxış keçirilməsi üçün "Qırmızı Körpü" gömrük postuna aparılıb. Baxış zamanı avtomobilin yük yerində və salonunda sellofan bağlamalarda üzərində "Nemirovskaya osobaya" yazılmış 94 ədəd 1 litrlik, üzərində "Nemiroff original" yazılan 10 ədəd, üzərində "Nemiroff delikat" yazılmış 6 ədəd və üzərində "Nemiroff Wheat" yazılmış 4 ədəd 1 litrlik şüşə qablarda aksiz markası olmayan spirtli içkilər aşkarlanıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar