Banklarda iri əmanətləri olan şəxslər… - Təklif
Baxılıb: 497 Tarix: 06-11-2018 08:43
Beş ay sonra “Əmanətlərin tam sığortalanması haqqında” qanun qüvvədən düşür.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert bildirib ki, 2016-cı ilin martın 1-də qüvvəyə minən sözügedən qanuna əsasən, Əmanətlərin Sığortalanması Fondu (ƏSF) tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanır:
“Bu isə o deməkdir ki, qanuna əsasən, gələn il martın 1-dən etibarən yenidən yalnız məbləği 30 min manatadək olan əmanətlər sığortlanacaq. Bu qanun 2016-cı ildə - neftin dünya bazar qiymətləri yüksək olmayan bir dövrdə banklara əmanətlərin cəlb edilməsi baxımından vacib addım hesab edilirdi. Belə ki, müəyyənləşdirilmiş faiz dəhlizləri çərçivəsində əmanətlərin tam sığortalanması banklarda depozitin saxlanmasını təşviq etdi. Digər tərəfdən, müflis elan edilən banklarda qorunan əmanətlərin tam həcmdə qaytarılması da depozit yığımlarına maraq yaradır. Bu qanun o zaman qəbul edilməsəydi, əmanətlərin banklardan kütləvi çəkilməsi baş verə bilərdi. Bu baxımdan məbləği böyük olan əmanətlərin banklardan çəkilməməsi üçün “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik edilməsi, məbləğindən asılı olmayaraq, əmanətlərin tam sığortalanması müddətinin daha 3 il uzadılması məqsədəuyğundur. Müddətin uzadılması ilə bağlı qərarın 2018-ci ilin sonunadək qəbul edilməsi daha məqsədəuyğun olardı. Çünki bu halda yüksək məbləğli əmanət sahiblərinin depozitlərinin sığortalanmayacağından narahat olub, vəsaitlərini banklardan götürmə riski aradan qalxar”.
Ən çox oxunanlar
Son xəbərlər