Xəbər lenti
23/07/2026 [12:57]
Sabah 39° isti olacaq
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ABŞ-dan Bakı nefti ilə bağlı proqnoz: Gələn il...

Baxılıb: 856     Tarix: 11-11-2018 17:41   
Azərbaycanda 2018-ci ildə neft və kondensat hasilatı orta hesabla sutkada 0,80 milyon barrel təşkil edəcək.
Trend-in məlumatına görə, bu proqnoz ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyası üzrə İdarəsinin (EIA) enerji bazarı üzrə noyabr icmalında öz əksini tapıb.
Beləliklə, EIA 2018-ci il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu dəyişməz saxlayıb.
Həmçinin qeyd olunur ki, 2019-cu ildə hasilat sutkada 0,79 milyon barrelə çatacaq, halbuki bundan əvvəlki hesabatda bu göstərici 0,78 milyon idi.
EIA-nın qiymətləndirməsinə görə, Azərbaycanda 2018-ci ilin dördüncü rübündə neft hasilatının həcmi sutkada 0,79 milyon barrel təşkil edəcək, oktyabr hesabatında isə bu göstərici 0,78 milyon idi.
Qurumun proqnozuna görə, ölkəmizdə 2019-cu ilin ilk iki rübündə neft hasilatının həcmi 0,80 milyon barrel təşkil edəcək: "Üçüncü rübdə hasilat 0,79 milyon barrel səviyyəsində gözlənilir, dördüncü rübdə isə - 0,77 milyon barrel səviyyəsində”.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar